Ru
12:21 / 07 May 2026

Metronun iş rejimi dəyişdirilir - DİQQƏT!

Metronun iş rejimi dəyişdirilir  - DİQQƏT!
Eye

Qeyri-iş günlərində metronun iş rejimi dəyişdirilir.

Bu barədə Bakupost.az-a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, 9 May – Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək: Dominos pizza

9 və 11 mayda “28 May–Əhmədli” mənzilində interval 2 dəqiqə 30 saniyə, mayın 10-da 3 dəqiqə olacaq.

Bənövşəyi xətdə, “Cəfər Cabbarlı–Xətai” və “Həzi Aslanov–Əhmədli” mənzillərində mövcud qrafik dəyişməz qalacaq.

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 may şənbə, ayın 10-da bazar günü qrafiki üzrə tənzimlənəcək.

Sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün:

Stansiyalarda nəzarət gücləndiriləcək.

Əlavə işçi qüvvəsi ayrılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar