Ru
17:38 / 04 Noyabr 2025

“Meydana “qırmızı” almağa yox, futbol oynamağa çıxıram”

“Meydana “qırmızı” almağa yox, futbol oynamağa çıxıram”
Eye

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev öz aqressivliyindən danışıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə sabah Çempionlar Liqasının əsas mərhələsində “Çelsi”yə qarşı keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında bildirib.

“Xarakterim elədir ki, aqressivlik var. Çılğın görünürəm. Hər zaman məşq edirəm ki, xarakterimə də təsir etsin. Özümü hazırlamağa çalışıram”, – deyə futbolçu bildirib.

“Sabah “Çelsi”nin sağ cinahında Estevao oynayacaq və o sizə qırmızı vərəqə aldırmağa çalışacaq. Buna hazırsınız?” sualına isə E.Cəfərquliyev belə cavab verib: “Bu cür oyunlarda temp yüksək olur. Rəqibin gücü bəllidir. Amma meydana “qırmızı” almağa yox, futbol oynamağa çıxıram”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar