Ru
16:01 / 12 Sentyabr 2019

Millət vəkili Rusiyaya sel kimi pul axıdır - Daha bir sanatoriya alıb - FOTOLAR

4131

Milli Məclisin oliqarx deputatlarından biri, “Karat Holdinq”in sahibi Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb.


BakuPost.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.


Məlumatda bildirilir ki, deputat bu sanatoriya üçün 6,5 milyon dollar ödəyib: “Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı “İstoçnik” sanatoriyalarının ardınca Kislovodskdakı köhnə “Voronej” sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib.



Müştəri qismində Əsabil Qasımovun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО “Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.


Təsisçiləri Əsabil Qasımovun “Karmen” MMC-si (8.000 rubl və ya 80%) və deputatın digər şirkəti “Aqros” MMC-dir (ООО “АГРОС”, 2 000 rubl və ya 20%)”.


Jurnalist yazır ki, “Voronej” sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb. “100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytaracaq. Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər”, – deyə jurnalist qeyd edib.



Şərhlər
  • Edalet

    Esabil M Grand Heyat Layihesi millete qan uddurur, Allah ilqari bildiyi derde salsin. S.Rustem 59-da bir Adam onlardan razi deyil. Pullari yigin aparin xarice

  • Edalet

    Esabil M bizim binani sokub evimizi vermir Allah baxir, bu qeder insafsizliq olmaz. ( Suleyman Rustem 59)

  • Edalet

    Esabil M bizim binani sokub evimizi vermir Allah baxir, bu qeder insafsizliq olmaz. ( Suleyman Rustem 59)

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər