Ru
12:45 / 08 Avqust 2026

Millət vəkilinin Şah İsmayıl qalmaqalı – o niyə belə edir? – VİDEO

Millət vəkilinin Şah İsmayıl qalmaqalı – o niyə belə edir?  – VİDEO
Eye

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 32-ci buraxılışının yazılı variantını təqdim edir.

Şah İsmayıl davası...

– Həftəmzin ən qızğın müzkirəsi millət vəklili Fazil Mustafanın Şah İsmayıl Xətai haqqında dediyi fikirlər oldu. Mətbuat yazdı, yutub kanalları göstərdi, sosial şəbəkələrdə gərgin polemika hələ də davam edir, tənqidlər, bəzən təhqir çalarlı ifadələr indi də havada uçuşur. Şəxsən mənim üçün Azərbaycan tarixinin ən şərəfli dövrlərindəmn biri səfəvilər dövrüdür. Şah İsmayıl Azərbaycanın beş dahi şəxsiyyətindən biridir. Yalnız bir fakt kifayətdir:

Dərbənddər İran körfəzinə qədər Azərbaycandilli bir dövlət qurdu. Fazil müəllimin əlinəki arqumentlərdən biri budur ki, həmin vaxt Azərbaycan dilinin dövlət dili olması haqqında ciddi arxiv sənədi, bir fərman, bir qərar yoxdur. Lakin unutmamalıyıq, Şah İsmayılın məktubları və şeirləri var, dövrün salnaməçilərinin yazdığı faktlar var. İki məqamda Fazil Mustafa ilə birmənalı razıyam. Deyir, hər bir tarixi çşəxsiyyət müzakirəyə açıqdır. Doğrudan da belədir. Müasir dünyamızda nəinki tarixi şəxsiyyətlər, hətta peyğımbərlər belə, Tanrı belə polemika mövzusudur. Bəzən hətta mətbuat işçiləri sosial şəbəkələrdə yazırlar ki, filankəs tarixi irs sayılır, ona toxunmaq hüquqi məsuliyyət yaradır. Bu gedişlə biz danışmağa, yazmağa mövzu tapmayacağıq. Qələm adamı qadağalardan, ehkamlardan maksimum uzaq, mədəni-intellektual polemikaya hazır olmalıdır. Fazil müəllimin başqa bir arqumenti də ciddidir ki, hər bir tarixi şəxsiyyət zamanımız üçün əhəmiyyətlilik dərəcəsinə görə dəyərləndirilməlidir. Bir məqamda onunla qəti razılaşmasam da, fikirlərimi jurnalist dostumuz Taleh Şahsuvarlı kimi kəskin ifadə eləmək istəmirəm. O bir az sərt danışır, ancaq dediklərində həqiqət payı var. Orta əsrlərdə yaşamış istənilən bir tarixi şəsxiyyətin fəaliyyətində günümüzə uyğun gəlməyən, hətta ona zərər verən nüanslar tapa bilərik. Fazil müəllimin çox istinad elədiyi peyğəmbərin özündə də... Məsələn, azyaşlılarla evlənmə, çoxarvadlılıq, qohum evlilikləri və s. O cümlədən Şah İsmayılda günümüzlə səsləşməyən, bugünkü reallığa uyğun gəlməyən nələrsə tapmaq mümkündür. Əgər biz mütləq ideal tapmalıyıqsa, mən daha çox Nadir şah üzərində dayanardım. Nəriman Nərimanov da onun üzərində dayandı və “Nadir şah” faciəsini yazdı. Qəti şəkildə əminəm, Nadir şah qətlə yetirilməsəydi, Çar Rusiyası bizim əraziləri işğal edə bilməz, Azərbaycan Xalq Cümhuriyyəti imperiya üzərində qurular və əbədi olardı. Eynən Osmanlı İmperiyası kimi...

Nəriman Həsənzadə ilə vida...

– Xalqa şairi Nəriman Həsənzadə dünyasını dəyişdi. Ruhu şad olsun. Keçmiş millət vəlkili, təhsil eksperti Etibar Əliyevin onu mərhum şairlər Əli Kərim və Nüsrət Kəsmənli ilə müyiqsə edərək üstünlüyü ikincilərə verməsi və Nəriman müəllimi ortabab şair adlandırması güclü etiraz doğurdu. Məndə də olub belə hallar. Dünyasını dəyişən insna haqda səmimi fikirlərimi yazmışam, adamlar üstümə düşüb ki, ölənin dalınca danışmazlar, qoyaydın heç olmasa üçü-yeddisi çıxaydı... Kökündən yanlış yanaşmadır. Söhbət bir xalq şairindən gedirsə, ictimai füqurdan, fəaliyyəti ilə çoxluğun həyatına, yaradıcılığına təsir edən bir şəxsdən gedirsə, onu hər an müzkirə mövzusuna çevirmək mümkündür və lazımdır. İnsan rəhmətə getdiyi vaxt gündəmə gəldiyi üçün onun haqqında deyilən sözlər daha təsirli olur. Ölünün dalınca danışmayaq məntiqi ilə biz nə Hitleri, nə Stalini, nə də Səddam Hüseyni müzakirə edə bilərik. Şah İsmayıldan danışanda da dedim, heç kim müzkirəyə qapalı deyil, hətta Tanrının özü belə polemika mövzusu ola bilər. Ölünün dalınca danışmamaq məntiqi çox məhəlli və aqrardır.

Kim idi Nəriman Həsənzadə? Bütün xalq şairləri kimi bir az da uydurulmuş şair. O, əlli-altmış il öncə təxminən iyirmi-otuz maraqlı şeir yazmışdı və bu şeirlərin Azərbaycan poeziyası fonunda doğrudan da ortababdır. Şəxsən mən Nəriman Həsənzadəni Əli Kərimlə müqayisə etməzdim. O bu müqayisəyə gəlməz. Əi Kərim Azərbaycan ədəbiyyatında epoxa yaratmış qələm adamlarındandır və bir çoxu kimi Nəriman Həsənzadə də onun “Qayıt” şeiri ilə vətəndaşlıq verdiyi aşırma qafiyəli formada özünü təsdiqlədi. Lakin Nəriman müəllim tanrının iradəsi ilə uzun yaşadı, öz şəxsi mənafeyini həmişə ön planda saxladı, ona görə Əli Kərim ruhunu və Əli Kərim taleyini davam etdirə bilmədi. Əlbəttə, bu onun öz seçimi idi, mən heç kəsi ittiham etmirəm, sadəcə demək istəyirəm ki, biz çörəyi qulağımıza yemirik, hamını çox gözəl tanıyırıq. Nəriman Həsənzadənin harada istedadlı olduğunu, harada öz mənafeyini güddüyünü, harada susduğunu çox yaxşı bilirik. Belə həssas məqamlar tarixin də gözündən yayınmır. Sadə bir misal deyim. Son iyirmi-otuz ildə onun tale yüklü bir məsələdən əsl şair və ziyalı kimi danışdığını görə bilməzsiniz. Yenə deyirəm, mən ittiham etmirəm, hər kəs öz ömrünü yaşayır, öz şeirini yazır, lakin biz də bütün bunların obyektiv qiymətini verməliyik. Onun gözəl şeirlər yazması ilə yanaşı, bugünün şair və yazıçılarına nümunə olmadığını diqqətə çatdırmalıyıq və altını xüsusilə cızmalıyıq.

Rəşad Məcidin tiktok söhbəti...

– Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, bizim verilişin də daimi tamaşaçılarından biri Rəşad Məcid tiktoun zərərləri haqda yazı paylaşdı, məşhur aparıcı Zaur Bəxşəliyevdən sərt reaksiya gəldi. Düzü, mən Zaurun, necə deyərlər, cırnayaraq reaksiya verməsini təbii qarşıladım. Çünki onun verilişi bağlanıb və özünü tiktok platformasında doğrultmağa çalışır. İndi isə birdən-birə mətbuat sahəsinə məsul vəzifəli şəxslərdən biri tiktokun üzərinə gedir. Bu incə məqamda Zaur Bəxşəliyevi başa düşməyin yeri var. Verilişimi bağlamısınız, ancaq reallıq göstərir ki, mənim tamaşaçım var. Və səmimi deyim, Zaur öz xanımı ilə birlikdə tiktokda çox uğurlu reklam layihələri həyata keçirir və şəxsən mən o kontentlərə rast gələndə baxıram. Beləliklə, haqsızlıqla üzləşən Zaur başqalarının süni intellektlə curlaşdığı bir zamanda bizim tiktokun əxlaqımıza təsirini müzkirə etməyimizdən narahatdır. Lakin məsələ budur ki, Rəşad Məcid öz postunda əxlaq sözünü bircə dəfə də işlətməyib. O, Umderto Ekodan tutmuş Şərif Ağayaracan, sitat gətirdiyi Yılmaz Özdiləcən bütün ciddi insanların toxunduğu məslədən danışır. Tiktokdakı bayağı paylaşımların pandemiya həddində yayılmnasını, insanları ekrana kilidləməsini və “beyin çürüntüsü” yaratmasını haqlı olaraq tənqid edir. Və misalı öz ailəsindən, öz anasından çəkir. Ancaq burada çox incə bir məaqam var – biz tiktoku mətbuatımızda çox ciddi problemlərlə üzləşdiyimiz bir vaxtda tənqid edirik və Rəşad müəllimə bu məsələ ilə bağlı çox ciddi suallar ünvanlana bilər. Həmin sualların biri budur: Sizcə, insanlar inanmadığı mətbuatı, inanmadığı televiziyanı qoyub, onlara daha yaxın olan, onlarla daha səmimi davranan tiktoka doğru getməkdə haqlı deyillərmi?

Həmid Herisçinin Təbrizi...

– Bəli, bu da mənim dostum, gözəl şair, gözəl yazıçı, gözəl esseist və fikir adamı Həmid Herisçi... Onun haqqında bir yazım var, yazmışam ki, Həmid elə bir insandır, qəndin qaralığı haqqında bir sat danışar, maraqsız bir cümlə də deməz. O qədər talantlı, təxəyyülü və fantaziyası o qədər geniş... Lakin onu nə qədər tanısam da, hərdən hamı kimi mənim də təxəyyül sərhədlərimdən aşıb-daşan fikirlər səsləndirir. Belə fikirlərin biri Təbrizlə bağlıdır.

Yazıçı İsa Muğanna “Yanar ürək” romanından başlayaraq özü üçün qapalı bir dünya yaratdı, qeyri-adi şeylər yazmağa başladı, lakin Markes və Salman Rüşdi kimi yazıçılardan fərqli olaraq, yazdığına özü də inandı və o qapalı dünyanın içinə özü də düşdü. Halbuki kənarda qalıb vəziyyəti idarə etməli idi. Həmid bəy də belədir. Bəzən baramaqurdu kimi öz fikirlərinin içində qalır və uşaq kimi sadəlöhv nəticələrə gəlir. Məsələn, deyir, Bakı əyalət şəhəridir, əsl mərkəz Təbrizdir. Təbii, bizim üçün Təbrizi dünyanın heç bir şəhəri əvəz edə bilməz. Bu mənada Təbrizlə Bakının müqayisəsi yersizdir. Lakin dozası artıq romantika reallıqla toqquşanda alt-üst olur. Gəlin yada salaq. Ərazimizin üçdə biri Rusiyaya birləşdi, daha çox torpağımız, daha çox əhalimiz, daha çox potensialımız İranın tərkibində qaldı. Rus imperializmini hamımız nə qədər tənqid eləsək də, burada biz Qori seminariyasını qazandıq, orada çox böyük şəxsiyyətlərimiz yetişdi, Axundovu qazandıq, Rəsulzadəni qazandıq, Üzeyir bəyi qzandıq, Xosrov bəy Sultanovu qazandıq, Azərbaycan Xalq Cümhuriyyətini qazandqı – indiki mütəqil ölkəmiz onun hüquqi mirası üzərində yaradıldı və bütün bunların müqabilində Təbrizdə Azərbaycan dilində bir məktəb belə yoxdur. Həmid ağa, biz səni çox istəyirik, ömrünü Şimali Azərbaycana həsr etdiyin üçün heç vaxt peşman olma, düz eləmisən, çünki şimallı-cənublu bütün Azərbaycan bizimdir. Biz öz ideyalarımızı elə irəli sürməliyik ki, öz qapalı dünyamızın içində qalıb məhv olmayaq və oxucularımıza mənəvi dezinformasiyalar ötürməyək.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar