Ru
11:26 / 01 Oktyabr 2020

Milli Məclisdə komitə iclası keçirilir

Milli Məclisdə komitə iclası keçirilir
Eye

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilir.

"BakuPost" xəbər verir ki, iclasın gündəliyinə üç məsələ daxildir.

Komitə üzvləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələrinə baxacaqlar.

Hər üç layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar