Son günlər AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məhəmməd İbrahimin həbsi, Milli Şura üzvləri Cəmil Həsənli və Gültəkin Hacıbəylinin "Mehdiyev işi" ilə bağlı istintaq prosesinə cəlb edilmələri geniş müzakirə olunur.
"Mehdiyev işi"ndə canlanma eyni zamanda 12 il əvvəl baş verən prosesləri - "Milyarderlər İttifaqı" və Milli Şuranın yaradılmasını yenidən aktuallaşdırıb. İddialara görə, hələ o vaxtdan Mehdiyevlə bir sıra müxalifət liderləri arasında işbirliyi yaranıb.
Tural Abbaslı ilə müsahibədə də elə bu iddialar , eləcə də mümkün həbslər barədə danışdıq.
Ətraflı videoda...
Hələlik dəqiq münasibətləri bilinməyən atmacalı xəbərlər ilk növbədə ölkəmizi müdrik fəlsəfi alimlər, şairlər, sənətkar (aşiqlər, meyxanaçılar) və işgüzarlar deyil, sanki özünə rəqib-düşmən arayan qalmaqal-cəncəllər cəmiyyəti kimi tanıtmırmı? Medianın tələskən-operativ atmacası deyil, münasibətlərin istintağın təsdiqi xəyanəti və cinayətləri təsdiqləyəcək. Milyonlarla soydaşlarımıza və Azərbaycanın varlığına qarşı 1987ci ildən 2020ci ilə qədər davam etmiş kütləvi hərbi genosid cinayətləri və əlaqələri hələlik tam mühakimə edilməyib?