Ru
00:16 / 22 Fevral 2020

Millimiz UEFA İnkişaf turnirinə qələbə ilə başladı

Millimiz UEFA İnkişaf turnirinə qələbə ilə başladı
Eye

17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

BakuPost.az xəbər verir ki, Maltanın Ta’Qali şəhərindəki Centenary stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan futbolçularımız 2:0 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Edanur Mutlu və Buşra Yabançı vurub.

Qeyd edək ki, Azərbaycan yığması turnir çərçivəsində növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar