Ru
12:02 / 09 Sentyabr 2019

Millimizin uğursuzluğu dünya mediasında

Millimizin uğursuzluğu dünya mediasında
Eye

Məşhur ingilis saytı “Freesupertips” Azərbaycanın AVRO-2020-nin seçmə mərhələsində üzləşdiyi uğursuzluğu şərh edib.


BakuPost.az xəbər verir ki, sayt millimizin məğlubiyyətinin səbəbinin müdafiədə olduğunu yazıb. Eyni zamanda komandann iştirak etdiyi hər oyunda qol vurmağının ona yeganə təsəlli olduğu qeyd edilib:


“Dörd oyundan sonra 0 xalda qalan Azərbaycan üçün seçmə mərhələ təbii ki, yaxşı keçmədi. Xorvatiya ilə ilk oyunda oynadıqları kimi bütün matçlarda da eyni cür oynadılar. Azərbaycan üçün ən müsbət məqam E qrupunda oynadıqları hər 4 matçda qol vurmaqları olub. Bununla onlar özlərinin irəli getdiyini düşünüblər. Bir zamanlar Xorvatiyada oynayan Yurçeviçin komandasında ciddi müdafiə səhvləri açıq-aşkar hamının gözü qarşısındadır. Bu problem Xorvatiya ilə oyunda da onlara təhlükəli olacaq, baş ağrısı yaradacaq”.


Qeyd edək ki, millimiz bugün Bakı vaxtı ilə saat 20:00-da "Bakcell Arena"da Xorvatiya millisi ilə qarşılaşacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar