Ru
13:15 / 14 Noyabr 2020

Mirqafar Seyidov vəzifəsindən azad edildi - Yeni təyinat

Mirqafar Seyidov vəzifəsindən azad edildi -  Yeni təyinat
Eye


Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

"BakuPost" xəbər verir ki, bu barədə Daxil İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə M.Seyidov Nəqliyyatda Baş Polis idarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, bu idarənin keçmiş rəisi, general-mayor Emin Şəkinski bu ilin oktyabrında vəfat edib.

Qeyd edək ki, Seyidov Mirqafar Mircəfər oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlayıb, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləyib.. 2005-2007-ci illərdə Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar