Ru
22:55 / 04 Oktyabr 2025

Misir XİN açıqladı: HƏMAS və İsrail arasında danışıqlar bu tarixdə keçiriləcək

Misir XİN açıqladı: HƏMAS və İsrail arasında danışıqlar bu tarixdə keçiriləcək
Eye

Oktyabrın 6-da Misirdə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqların yeni raundu keçiriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Oktyabrın 6-da Misirdə HƏMAS və İsrail nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçiriləcək. Tərəflər ABŞ Prezidenti Donald Trampın planına (Qəzza zolağında münaqişənin həlli üçün - red.) uyğun olaraq israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün şərait yaradılmasını müzakirə etməyi planlaşdırır", - XİN-in Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl media İsrail və HAMAS-ın ABŞ-ın vasitəçiliyi ilə Misirdə sabah danışıqlar aparacağı ilə bağlı məlumat yaymışdı.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar