Milli Məclis (MM) “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nı ratifikasiya edəcək.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.