Ru
09:54 / 02 Dekabr 2025

Möhlət bitdi – Tramp Maduroya bir həftə vermişdi

Möhlət bitdi – Tramp Maduroya bir həftə vermişdi
Eye

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə telefon söhbəti zamanı ona ölkəni tərk etməsi üçün bir həftə vaxt vermiş, lakin qarşı tərəf bundan imtina etmişdi.

Bakupost.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 21 noyabrda baş tutan telefon danışığı zamanı Tramp Maduraya bildirib ki, o, ailə üzvləri ilə birlikdə özünün seçdiyi istənilən yerə gedə bilər.

Agentliyin 4 mənbədən dəqiqləşdirdiyi məlumata görə, ABŞ prezidentinin bunun üçün müəyyən etdiyi müddət başa çatıb. Möhlət başa çatdıqdan sonra Tramp öz sosial şəbəkələrində Venesuela üzərində hava məkanının bağlanması barədə paylaşım etdi.

Mənbələrin “Reuters”ə bildirdiyinə görə, Maduro Trampa deyib ki, Venesuelanı tərk etməyə hazırdır, lakin o və ailə üzvləri tam hüquqi amnistiya almalıdır. Buna ABŞ-ın bütün sanksiyalarının ləğvi və onunla bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsindəki işin dayandırılması daxildir.

ABŞ ilə Venesuela arasındakı münasibətlər Trampın ikinci prezidentlik dövründə kəskin şəkildə pisləşib. Onun administrasiyası Maduronu legitim prezident kimi tanımır və ölkənin hakimiyyətini narkotrafikə qarşı kifayət qədər mübarizə aparmamaqda ittiham edir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar