Ru
21:58 / 27 İyul 2020

Moskvada azərbaycanlılara hücum edən ermənilərin həbsi tələb edilir

Moskvada azərbaycanlılara hücum edən ermənilərin həbsi tələb edilir
Eye

İstintaq Moskvanın cənubunda baş verən kütləvi davada iştirak etməkdə ittiham olunan 5 nəfərin həbs qətimkan tədbirinin istintaq təcridxanasına göndərilməsini tələb edir.

"BakuPost" Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "TASS"a Moskvanın Nikulinski Məhkəməsində müvafiq ərizələrin qəbul olunduğu məlumat verilib.

"Məhkəməyə bir qrupun xuliqanlıq iddiasında Nikoyan S. M., Nikoyan A. A., Petrosyan A. P., Petrosyan N. Sh. və Apreyan A. A. şəxslərlə əlaqədar həbs qərarı daxil olub", - məhkəmədən bildirilir.

Xatırladaq ki, iyulun 24-də bir qrup erməni Moskvanın cənubunda yerləşən "1001 gecə" adlı azərbaycanlının restoranına hücum ediblər. Təcavüzkarlar metal dəmirlərlə stulları sındırıb və lövhələri qırıblar. Ertəsi gün Moskvanın cənubunda ermənilərlə azərbaycanlılar arasında daha bir kütləvi dava baş verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar