Ru
20:42 / 17 Fevral 2019

Moskvadakı olaylara görə islam bloqeri həbs edildi

2232
Azərbaycan və
Çeçenistan vətəndaşları arasında Moskvadakı "Neolit" kafesində
fevralın 14-də baş verən kütləvi dava işi üzrə məşhur islam bloqeri Əlibəy Mirzəxanov
saxlanılıb. BakuPost-un Virtualaz.org-a istinadən məlumatına görə, onun İnstaqram
səhifəsinin 100 mindən çox abunəçisi var.   Ə.Mirzəxanovun
qardaşı bildirib ki, təxminən 20 polis əməkdaşı Əlibəyin yaşadığı mənzilə girib
və onu yerə uzadaraq döyüblər. Onlar mənzili axtarıb, bütün avadanlıqları ələ
keçiriblər, sonra isə tutulan şəxsləri naməlum istiqamətə aparıblar.   Mirzəxanovun qohumlarına
verilən qərarda bildirilib ki, o, "bir qrup şəxs tərəfindən qabaqcadan
hazırlanmış fitnə-fəsadda" şübhəli bilinir. Saxlanılanın yaxınları iddia
edirlər ki, Əlibəy "Neolit" kafesindəki davada iştirak etməyib, onlar
onunla bağlı axtarışın əsaslandırıldığı səbəbi "uydurma və formal"
adlandırıblar.   Mirzəxanovun yeri,
demək olar ki, bir gün məlum olmayıb. O yalnız fevralın 17-də gecə zəng edib və
bildirib ki, "Peçatniki” polis şöbəsindədir, vəziyyəti çox pisdir və xahiş edib
ki, onun üçün vəkil tutsunlar.   Bununla belə, adıçəkilən
polis şöbəsindən "Dojd" telekanalı müxbirinin zənginə cavab verərək
bildiriblər ki, onlarda Mirzəxanov soyadlı saxlanılan yoxdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər