Ru
19:10 / 20 Fevral 2020

MSK DSK-nın qərarını qüvvədə saxladı

1332
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd Xəqani Cəfərovun müraciətinə baxılıb.

BakuPost-un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib və bununla əlaqədar MSK-ya 1 disk təqdim edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər