Ru
13:05 / 05 Mart 2021

Mübariz Mənsimovun çıxışı: Nə FETÖ-ya, nə də köpəklərinə...

2296

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.


Bakupost.az xəbər verir ki, məhkəmədə Mübariz Mənsimova söz verilib. O deyib ki, nə FETO-ya bir qəpik vermişəm, nə də köpəklərinə, vermərəm də. Tam əksinə, yalnız dövlətimizə yardım etmişəm. Mən bəraət istəyirəm”.


Məhkəmədə M.Mənsimovun vəkili Ərsan Şən çıxış edib və müdafiə etdiyi şəxsin FETÖ-ya hər hansı yardım etməsi barədə ifadələrin heç birinin dəlil-sübutu olmadığını bildirib, bunları böhtan adlandırıb.


Vəkil eyni zamanda heç bir sübut olmadığı üçün ittiham tərəfinin iddiasından imtina edilməsini tələb edib.


***


Hazırda FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.


“Bakupost” xəbər verir ki, M.Mənsimov məhkəmədə çıxış edib və bəraət istəyib.


Qeyd edək ki, martın 3-də İstanbul Cümhuriyyət Baş Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib:


“Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər