Ru
14:25 / 05 Dekabr 2019

Mahsunun “Mucize -2 Aşk” filminin Qala gecəsi keçirildi - FOTOLAR

4351
Mahsum Kırmızıgülün “Mucize -2 Aşk” filminin təqdimat mərasimi keçirilib.

BakuPost xəbər verir ki, sənət və musiqi dünyasının bir çox tanınmış simalarını da qatıldığı Qala gecəsində, filmdə rol alan mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər də məşhurlarla birlikdə qırmızı xalıdan keçib.


Qala gecəsində olduqca həyəcanlı olduğunu bildirən Mahsum Kırmızıgül: “Ümid edirik ortaya uğurlu bir iş çıxacaq və film öz layiqli yerini tutuacaq” deyə qeyd edib. 3 ildir üzərində işlədiyi filmin uğurla sonlandığını vurğulayan Mahsum Kırmızıgül son sözü tamaşçıların ixtiyarına buraxdığını deyib.

Film Şərqin dağ kəndlərindən birində yaşayan qüsurlu Əzizə ilə elçilik üsulu ilə evlənən Mızgının dramından və həyatla mübarizəsindən bəhs olunur. Film boyun Əziz və Mızgin, həyatda mübarizə aparmağa çalışmağın və dostluğun əhəmiyyətini öyrənir.

Mert Turak, Fikret Kuşkan, Erdal Özyağcılar, Ali Sürmeli, Ali Aksel, Şenay Gürler kimi məşhur aktyorların iştirak etdiyi filmin çəkilişlərində 140 dan çox daun sindromlu uşaq da yer alıb.






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər