Ru
10:42 / 13 Mart 2026

Müctəba Xamenei ölü adamdır - MOSSAD

Müctəba Xamenei ölü adamdır - MOSSAD
Eye

İsrail Müdafiə Qüvvələri sosial şəbəkədə İranın yeni Ali rəhbəri Müctəba Xamenei ilə bağlı paylaşım edilib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, paylaşımda İran liderinə harada olduğu barədə sual ünvanlanıb.

“Haradasan, Müctəba? Niyə Müctəba Xamenei xalqa müraciət edir, amma üzü görünmür? Nəyi gizlətməyə çalışır?”, - İsrail ordusu bildirib.

İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın sosial media hesabında isə belə bir mesaj paylaşılıb:

“Onlar özlərinə rəhbərlik etmək üçün ölü adamı seçdilər - hələ başlamazdan əvvəl bitmiş ölü adam”.

Xatırladaq ki, bundan əvvəl KİV-də Müctəba Xameneinin ağır yaralanması barədə məlumat yayılıb. İran XİN məlumatı təsdiqləyib, bundan sonra dövlət televiziyasında aparıcı ölkənin yeni ali rəhbərinin adından ilk bəyanatı oxuyub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar