Ru
18:35 / 13 Sentyabr 2025

Müdafiə naziri Pakistana başsağlığı verdi

Müdafiə naziri Pakistana başsağlığı verdi
Eye

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir: "Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.

Allah rəhmət eləsin".

Qeyd edək ki, bu gün Pakistanın şimal-qərbində ordu konvoyuna hücum nəticəsində 12 əsgər həlak olub.

Hücuma görə Pakistan Talibanı qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar