Xeyli müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan jurnalist Səidə Bəkirqızı Space TV-dən ayrılıb.
BakuPost.az AZXEBER.COM-a istinadla xəbər verir ki, Səidə Bəkirqızının aparıcısı olduğu "Xəbərin izində” verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq.
Teleaparıcı faktı AZXEBER.COM-a təsdiq edib.
O bundan sonra jurnalistika fəaliyyəti ilə məşğul olmayacağını da deyib:
"Ayrılıq qərarını özüm almışam. Nəinki televiziyadan, hətta 25 ildir ki, çalışdığım jurnalistikadan da gedirəm. Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı. Bu mənə bir daha sübut etdi ki, Səidə artıq yetər, get”.
Qeyd edək ki, Audiovizual Şura 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul edib.
Kiminsə nöqsanını bütün qrupun adına yazmaq ən az savadsızlıq və görgüsüzlükdür. Səidə xanım, siz jurnalist ola bilməmisiniz, heyif müəllimlərinizin çəkdiyi əziyyətdən.
Bu da belə getdi
Daha sözüm yoxdur. "Yalnış olmayan ifadələrimə görə". Dayanmır eyyy.. mənim babam deyərdi ki, bala bir qadın ki, nə desən cavabı "yaxşı edirəm" oldusa ondan uzaq ol. Mediaya tövsiyə edirəm.
Bəli bizə mirşahinlər, toliklər, xoşqədəmlər və s lazimdir