Ru
23:57 / 09 Aprel 2021

"Müdafiə Nazirliyi vəziyyəti qətiyyən idarə edə bilmir" - Ermənistan mətbuatı

"Müdafiə Nazirliyi vəziyyəti qətiyyən idarə edə bilmir" -  Ermənistan mətbuatı
Eye

Ermənistanda ikinci Qarabağ müharibəsində itkin düşən hərbçilərin valideynlərinin Müdafiə Nazirliyinin Baş qərargah rəisi və digər nümayəndələri ilə görüşü nəticəsiz başa çatıb.

"BakuPost" report-a istinadən xəbər verir ki, valideynlər 4 saatdan çox davam edən görüşdən sonra jurnalistlərə bildiriblər ki, danışıqların nəticələrindən razı qalmayıblar.

"Bu insanlar, xüsusən Baş qərargah rəisi vəziyyəti qətiyyən idarə edə bilmirlər. O (Baş qərargah rəisi - red) bildirdi ki, bütün bunlar (hərbçilərlə bağlı qaldırılan məsələlər) onun səlahiyyətlərinə daxil deyil və istənilən məsələnin həllini tapmaq mümkündür", - hərbçilərin valideynlərdən biri bildirib.

Buna baxmayaraq, itkin hərbi qulluqçuların yaxınları Müdafiə Nazirliyinin binasına giriş-çıxışa icazə veriblər. Qeyd edək ki, hərbçilərin yaxınları binanı dünən bloklamışdılar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar