Gədəbəy Uşaq İncəsənət Məktəbinin müəllimi Əfsanə Məmmədzadə rəhvərlik tərəfindən psixoloji təzyiqə məruz qaldığını iddia edir.
Bakupost.az xəbər verir ki, o, sosial şəbəkələrdə bununla bağlı video müraciət paylaşıb. Müəllimin iddiasına görə, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmdəova rüşvət vermədiyi üçün dəfələrlə işdən çıxarılmaqla hədələnib, qeyri-etik davranışlarla qarşılaşıb:
“Artıq 3 ildir ki, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədov tərəfindən psixoloji təzyiqlərə, əsassız ittiham və böhtanlara məruz qalıram. Rüşvət ödəmədiyim üçün dəfələrlə işdən çıxarılmaqla hədələnir və qeyri-etik davranışlarla qarşılaşıram. Bu məsələ ilə bağlı dəfələrlə Mədəniyyət Nazirliyi və digər hüquq-mühafizə orqanlarına müraciət etsəm də, nəticəsiz qalıb. Hər kəsə məlum olan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində məsələ ört-basdır edilir. Bununla bağlı sübutlarım da var”ş
Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı mövqeyi isə fərqlidir. Qurumdan
Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimin müraciəti araşdırılıb:
“Əfsanə Məmmədzadə tərəfindən edilən müraciətə aidiyyəti üzrə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində baxılıb. 26 dekabr 2024-cü il tarixində idarənin monitorinq komissiyası tərəfindən aparılmış yoxlama zamanı əməkdaşın bəzi qayda pozuntuları qeydə alınıb və mövcud qaydalara uyğun olaraq intizam tədbiri tətbiq edilib.
Diqqətinizə çatdırırq ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində mütəmadi monitorinqlər keçirilir və aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür”.
Aysel,
BakuPost