Hamiləliyini sonlandırdıqdan sonra vəfat edən 24 yaşlı Lalə Quliyevanın Sabunçu Tibb Mərkəzində öldüyü bildirilsə də, TƏBİB-in rəsmi məlumatında onun tibb müəssisəsinə artıq ölmüş vəziyyətdə gətirildiyi açıqlanıb.
Rəsmi məlumatda həmçinin qadının hansı tibb müəssisəsində hamiləliyini sonlandırdığı qeyd edilməyib.
“Bakupost”un əldə etdiyi məlumata görə, qadının hamiləliyi TƏBİB-in tabeliyində olmayan özəl tibb müəssisələrindən birində sonlandırılıb. Daha sonra qadın evə aparılıb. Bir müddət sonra onda güclü qanaxma baş verib və həyatını itirib.
Qadın təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə ölmüş vəziyyətdə çatdırılıb.
Beləliklə, 24 yaşlı qadının hansı klinikada və hansı həkim tərəfindən abort edildiyi rəsmi qurumlar tərəfindən açıqlanmır.
Lalə Novruz, BakuPost