66 yaşlı bir şəxsin, illərlə dünya ölkələrinin elit təbəqələrinin, haqqındakı gizlinlər yayılandan sonra isə, bu gün dünyada hər kəsin tanıdığı milyarder, həm intim əyləncələr kralı, pedofil və həm casus Ceffri Edvard Epşteynin həyatı, kimliyi, fəaliyyət növləri xeyli məlumdur.
Bəs, ağır cinayət tərkibli maddələrlə və yüksək təminli həbsxanada, həm də xüsusi nəzarətdə saxlanan o xüsusi şəxsin həbs kamerasındakı ölümü necə baş verib? Və niyə axı baş versin?
Həbsi...
6 iyul 2019-cu il. (Donald Trampın prezidentliyi dövrü) Epşteyn Nyu-Yorkda həbs edilir. Və onu Manhettendəki həbsxanaya salırlar. (Bu gün Maduronun saxlandığı həbsxana). Ona qarşı azyaşlıların, qadınların cinsi istismarı, insan alveri ittihamları irəli sürülür.
Hələ 2008-ci ildə, yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etmək ilə saxlanılıb və günahını etiraf edib, 13 ay həbsxanada yatıb. Həmin vaxt zərərçəkmişlərə kompensasiya ödəmək şərtilə iş böyümədən şərti azadlığa buraxılıb. Görünür ki, ondan sonrakı müddət daha xeyli faktlar və şikayətlər ortaya çıxıbmış.
18 iyul 2019-cu il. Epşteynin vəkilləri 600.000 dollar təklif ilə, ayağına elektron qolbaq (“braslet”) taxmaqla ev dustaqlığına buraxılmasını xahiş edirlər. İmtina edilir.
23 iyul 2019-cu il. Kamerasında boyun nahiyəsinə xəsarətləri ilə yarı huşsuz halda tapılır. Sonra özünə gəlir. Güman edirlər ki, Epsteyin başqa həbsxanaya köçürülmək üçün özü təşkil edib.
23 iyul 2019-cu il. İntihar cəhdinin sonrası isə Epsteyni intihar etmək istəyən şəxslər üçün nəzərdə tutulan intensiv müşahidə rejiminə salınır. İki mühafizəçinin bütün günü hər 30 dəqiqədə bir kamera yoxlaması aparması ilə.
Ölümü...
10 avqust 2019-cu il. Mühafizəçilər yenə onu, səhər saat 6:30-da huşsuz vəziyyətdə tapırlar. Epşteyn ilk məhkəmə baxışı günü çarpayısının baş tərəfindən mələfədən asılı vəziyyətdə olur.
Həbsxanada ürək-ağciyər reanimasiyası effekt vermir, artıq öldüyü məlum olur. Nyu-York şəhər məhkəmə tibbi eksperti və Ədliyyə Nazirliyinin Prokuroru Epşteynin ölümünü asılmaqla intihar kimi qeyd edirlər... Epşteynin vəkilləri isə, tibbi ekspert nəticəsinə etiraz edirlər və öz müstəqil araşdırmalarına başlayırlar, qəsdən öldürülmə iddiaları ilə.

Bundan sonra, Federal Həbsxanalar Bürosu və Ədliyyə Nazirliyinin Baş Prokuroru Epşteynin ölümünün səbəblərini araşdırmağa başlayırlar.
Məlum olur ki, Epşteynin ölüm gecəsi üzərinə ona yönlü qoyulan xüsusi kamera müşahidəsi proseduru pozulub. Nəticədə: 1) otağı üzərinə qoyulmuş iki müşahidə kamerasının hər ikisi(!) məhz ölüm gecəsi nasaz olub, 2) ölüm öncəsi isə Epşteyn yüksək, nüfuzlu şəxslər haqqında ifşaedici məlum-faktları sabahkı məhkəmədə açıqlayacağını bəyan edibmiş. Və bu hallarsa, ölümün qətlə yetirilmə ehtimalı, yəni sui-qəsd nəzəriyyələrinin yaranışına səbəb olur.
Bu olay mətbuatda, cəmiyyətdə və beynəlxalq aləmdə də güclü səs-küy yaradır. Buna uyğun, ictimai rəy sorğuları da göstərir ki, amerikalıların az hissəsi Epşteynin intihar etdiyinə inanır – 16%-i intihara, 45%-i isə, onun öldürüldüyünə inandığını bildirir. Beləliklə, sirli ölüm...
***
Dürüst desək, mənim özümün, bu hadisəni analizdə bir ixtisaslı kimi, bu ölümün intihar olmasına inamım azdır. Baxmayaraq ki, ABŞ rəsmiləri bu işi intihar kimi qiymətləndiriblər.
Nyu-York Məhkəmə-Tibbi Ekspertiza İdarəsi Ceffri Epşteynin çarpayıdan mələfə ilə özünü asdığı qərarına gəlib. Şəkildən də göründüyü kimi, şəxs həbs kamerasındakı çarpayının 2-ci qatından özünü asardısa da belə, 1.80 metrlik Epşteynin ayağı yerə dəyir. Və bədənin çəkisi azalır, tam ağırlıqla düşmür mələfənin ilgəyi boyunun üzərinə. Bu halda, boğulma ola bilər, ancaq ilgək sərt kəndir olarsa. Bükülmüş çox yumşaq mələfə boyun orqanlarını, yuxu arteriyalarını, ya nəfəs orqanlarını necə sıxa bilər? Tam açılsaydı bütün bədəni ağırlığı ilə, bu mümkün olardı, ancaq belə vəziyyətdə mümkün deyil.

İkinci də, aparılan ekspertiza zamanı şəxsdə boyundakı dilaltı sümük sınığı aşkar edilib. Bu fakt isə, boğazı əl-kəndirlə boğmağa uyğundur. Çünki, asılmada bədən yükü ilə ilgək aşağıdan yuxarı maili boğur. Və əsas, baş beyinə gedən yuxu arteriyalarını sıxmaqla baş beyini qansız qoyaraq, çox tez ölüm yaradır. Kəndirlə və əllə boğmaqla sıxanda isə normada, ilgək boyunu horizontal sıxır və əsasən, təzyiqlə boyundakı dilaltı sümük və ya qalxanvari qığırdağı sındırır. Bu göstəricilər qəsdən öldürməyə uyğun gəlir.
Və ölümə ümumi kriminoloji-istintaq motivi ilə yanaşdıqda da, ehtimal sui-qəsdə yönəlir. Yəni, şəxsin ölümünü istəyən yüksək çinli, nüfuzlu, imkanlı şəxslər az olmayıb. Epşteyn iştirakı ilə ləkələnmiş və onun ölümü ilə, özlərinin xilasını görən. Rusiyada, qətl-kriminal hadisələrdə tez- tez eşidirdik: “İnsan yoxdursa, problem də yoxdur!". Sağ qalsaydı, Epşteyn məhkəmədə nələri deyərdi?!
İlqar ALTAY, BakuPost