Ru
15:34 / 25 Yanvar 2021

"Müharibə istənilən gün başlana bilərdi" - Sabiq erməni nazir

1251
Baş nazirlik-Baş Qərargah-Müdafiə Nazirliyi sistemində qeyri-dəqiqlik problemi var idi.

Bu sözləri Ermənistanın sabiq müdafiə naziri David Tonoyan İkinci Qarabağ savaşı ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, bunun nəticəsində ərsəyə gələn səfərbərlik, Ermənistan silahlı qüvvələri, əhalinin təxliyəsi və s. məsələlərdə yaşanan problemləri həll edə bilməyib.

“Müharibə qurtardıqdan sonra Ermənistanda və onun hüdudlarından kənarda məşhur “yeni müharibə – yeni ərazilər” ifadəniz müzakirə olunur. Məsələn, yanvarın 18-də onu Rusiya XİN başçısı da mətbuat konfransında xatırladıb. Bu bəyanata görə peşmansınızmı” sualını Tonoyan belə cavablayıb:

“Təxminən il yarım bundan əvvəl ABŞ-ın erməni icması ilə görüşdə səsləndirilən bu ifadə Azərbaycan hərbi-siyasi rəhbərliyinin Qarabağ problemini hərbi yolla həll etmək niyyətilə bağlı bəyanatlarına cavab idi. Bakının və bəzi erməni siyasi xadimlərin sözlərinə baxmayaraq, bu ifadə danışıqların iflasa uğramasına və müharibənin başlanmasına səbəb ola bilməzdi. Müharibə istənilən gün başlana bilərdi”.

Qeyd edək ki, Tonoyan bu ifadəni yalnız ABŞ-da işlətməyib, bu tezis Paşinyan hakimiyyətinin Qarabağ siyasətinin bazisi rolunu oynayıb. 2020-ci ilin Tovuz istiqamətində erməni təxribatı zamanı və ondan sonrakı günlərdə də Tonoyan fəxrlə bu tezisi səsləndirməkdə idi./Axar.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər