Ru
10:51 / 23 Noyabr 2020

Müharibə qəhrəmanları haqqında kitab hazırlanacaq - Xatirələrinizi göndərin

Müharibə qəhrəmanları haqqında kitab hazırlanacaq - Xatirələrinizi göndərin
Eye

Qanun nəşriyyatı vətən müharibəsində şəhid və qazi olan qəhrəmanlarla bağlı kitab hazırlayacaq.

"BakuPost" xəbər verir ki, bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məlumat verib:

"Qəhrəmanlıq tarixini yazmağa başladıq

Əziz dostlar,

“Qanun” nəşriyyatı Vətən Müharibəsi kitabını nəşrə hazırlayır.

Hər kəsdən xahiş edirəm, xatirələrin toplanmasında bizə yardım etsin. Kitabda şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqları qələmə alınacaq, onlar haqqında xatirələr toplanacaq.

Qələbəni həyatımıza gətirmək üçün onu paylaşmaq lazımdır. Bunun üçün öncə qələbə yazılmalıdır.

Qazilərimizdən, şəhid olmuş qəhrəman əsgərlərimizin əzizlərindən xahiş edirəm, xatirələrinizi bizimlə paylaşın...

Siz danışın, biz onu tarixə çevirək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar