Ru
11:01 / 13 Noyabr 2025

“Müharibələr artıq kosmosda gedir” – Rusiya peyklərdə təxribatlar törədir

“Müharibələr artıq kosmosda gedir” – Rusiya peyklərdə təxribatlar törədir
Eye

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın yaratdığı təhlükə səbəbindən müasir qarşıdurmaların artıq kosmosda baş verdiyini, gələcək müharibələrin də orada başlayacağını bildirib. O, kosmosdakı hərbi fəaliyyətlərə milyardlarla avro əlavə vəsait ayrılacağını açıqlayıb.

Bakupost.az Avropa mediasına istinadən xəbər verir ki, Fransanın aviasiya və kosmos sənayesinin mərkəzi sayılan və yeni Kosmos Komandanlığına ev sahibliyi edən Tuluz şəhərində çıxış edən Makron, “Bu günün müharibələri kosmosda gedir, sabahın müharibələri isə orada başlayacaq. Kosmos artıq təhlükəsiz liman deyil, o, döyüş meydanına çevrilib”, – deyib.

Makron Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra kosmosda casusluq fəaliyyətləri apardığını bildirib. Onun sözlərinə görə, Rusiya kosmik aparatları Fransaya məxsus peykləri izləyib, GPS siqnalları geniş şəkildə pozulub və kosmik infrastruktur hədəfə alınaraq kibertəxribatlar həyata keçirilib.

Fransa lideri əlavə edib ki, Rusiyanın kosmosda nüvə silahı tətbiq etmə hədəsi “şokedici və bütün dünya üçün fəlakətə səbəb ola biləcək” addımdır. O, təfərrüat vermədən 2030-cu ilədək kosmosdakı hərbi fəaliyyətlər üçün 4,2 milyard avro əlavə maliyyə ayrılacağını bildirib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar