Ru
14:28 / 24 Dekabr 2025

Murad Sultanlının həbs müddəti azaldıldı

Murad Sultanlının həbs müddəti azaldıldı
Eye

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının sədri Murad Sultanlının apelliyasiya məhkəməsində inzibati həbsi 25 günə endirilib.

Bakupost.az xəbər verir ki, bu barədə AXCP-nin sədr müavini Seymur Həzi məlumat yayıb.

O bildirib: “Murad Sultanlı xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunur. Onun haqqında Nəsimi rayon Məhkəməsi 30 sutka həbs qətiimkan tədbiri qəbul etmişdi. Lakin Appelliyasiya Məhkəməsi 5 sutkasını ləğv etdi. Sultanlı məhkəmədə çıxış etdi və ittihamı əsassız adlandırdı, sübutlar da təqdim etdi və cəzası azaldıldı”.

Xatırladaq ki, M. Sultanlı dekabrın 18-də həbs olunub.

Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar