Ru
15:50 / 12 Noyabr 2019

Müsavat partiyası BŞİH qarşısında piket keçirir - Saxlanılanlar var - FOTOLAR

2078
Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin önündə razılaşdırılmamış piket təyin edib.

BakuPost Musavat.com-a istinadla xəbər verir ki, hazırda “İstiqlaliyyət” küçəsi boyunca polislər düzülüblər. Lakin hələ ki, ərazidə partiya funksionerləri gözə dəymir.


Bildirək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Müsavat Partiyasına Lökbatan stadionunda piket keçirmək razılığı verilsə də, partiya rəhbərliyi bu təklifdən imtina edib. Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkədə status yazaraq bildirib ki, bütün təzyiqlərə, təqiblərə baxmayaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında, saat 15:00-da aksiyalarını keçirəcəklər. Artıq qeyd edilən vaxta dəqiqələr qalıb.

Xəbərə görə, Müsavat Partiyasının başqa müavinləri Səxavət Soltanlı və Fərəc Kərimli Bakı Şəhər İcra Hakimiyyətinin önündə razılaşdırılmamış aksiyaya çıxdıqları üçün polis tərəfindən saxlanılıb.









Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər