Ru
13:57 / 03 Dekabr 2019

MÜSİAD iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırdı - FOTOLAR

1476
Trabzonda iş adamları üçün düzənlənən”IV İpəkyolu Zirvəsi”də dünyaca məşhur olan şirkətlərin vitse prezidentləri bir araya gəliblər.

BakuPost xəbər verir ki, tədbirin açılışını Türkiyənin Maliyyə və Xəzinə naziri Berat Albayrak edib.


Cənab nazir, “Çinin tarixi “İpək yolu”nu canlandırmaq, Sakit okeandan Atlantikə qədər ticarət körpüsü qurmaq naminə KuşaqYol layihəsinin 8 trilyon dollarlıq həcmi və ticarətə gətirəcəyi yeni gəlir ana dayanacaqlardan biri olan Türkiyə iqtisadiyyatı üçün fürsətdir”, – deyə sözə başlayıb.

“IV İpəkyolu Zirvəsi”nə qatılan MÜSİAD Azərbaycanı təmsil edən iş adamları ikili görüşlər zamanı Azərbaycandakı sərmayə sektorları haqda müzakirələr aparıblar.

MÜSİAD Azərbaycan Birliyinin idare heyetinin üzvü Mehmet Akbıyık çıxışı zamanı ən böyük hədəflərinin Azərbaycana sərmayə qoydurmaq olduğunu bildirib. Tədbirdə dövlətin sərmayəçilərə diqqət çəkən təkliflər irəli sürdüyünü də anladıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər