Ru
16:12 / 12 Sentyabr 2019

Mustafa Hacıbəyli Ali Məhkəməyə müraciət etdi

1494

"Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Ali Məhkəməyə müraciət edib.


Bakupost.az-ın məlumatına görə, jurnalist barəsindəki hökmdən kassasiya şikayəti verib. Onun şikayəti Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun icraatına verilib.


Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.


Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı olan M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Hacıbəyliyə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər