07:06 / 10 Sentyabr 2021

Naqif Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədrliyindən getdi

889
"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir".

Bakupost.az xəbər verir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev özünün feysbuk hesabında yazıb.

Millət vəkili bildirib ki, o, YAP-ın Nəzarət komissiyasının üzvü seçilməyi səbəbindən YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək.

"Yolumuza Milli Məclisinin deputatı və Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü olaraq davam edəcəyik", - deyə Həmzəyev bildirib.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər