Ru
20:09 / 22 Yanvar 2020

Naqif Həmzəyevin seçicilərlə görüşləri uğurla davam edir - FOTO, VİDEO

2727
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.

BakuPost-un
məlumatına görə, seçki dairəsinin əhatə etdiyi məhəllələrdə, mənzillərdə seçiciləri ilə görüşən Naqif Həmzəyev onları maraqlandıran suallara cavab verib, qaldırılan problemlərinin həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini bildirib.

V çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə ona səs vermiş seçicilərinin etimadını doğrultmağa çalışdığını qeyd edən Naqif Həmzəyev seçiciləri fəal olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.

Seçicilər də öz növbəsində fevralın 9-nu səbrsizliklə gözlədiklərini, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurların davamlı olması üçün Yeni Azərbaycan Partiyasının təmsilçilərinə səs verəcəklərini bildiriblər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər