Ru
10:18 / 03 Avqust 2020

Oğuzda "iş başında" tutulan qohumlar polisə silah çəkdilər - FOTO

1641
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat
saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində
rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə
meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik
ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq
edərkən “iş başında” yaxalanıblar.

Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarını çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək
saxlanılıb. Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı
kəndi ərazisində tutulub.

Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib- becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara
da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91
qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş
“TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın
marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər
cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi
istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər