Ru
16:48 / 18 Fevral 2021

Naxçıvan karantin qaydalarına niyə əməl etmir? – “Bu, qanunları saymamaqdır”

2507
Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri Vasif Talıbov, oğlu Seymur Talıbov və digər rəsmi şəxslərin karantin qaydalarını pozması müzakirələrə səbəb olub. Sosial şəbəkədə qəzəblə qarşılanan fotolardan aydın görünür ki, vəzifəli şəxslər maskadan istifadə etməyiblər. Bəzi şəxslər müzakirələr əsnasında Nazirlər Kabinetinin qərarlarının Naxçıvan MR aid olmadığını qeyd edir. Bildirilir ki, Naxçıvan ərazisində açıq havada maska taxmaqla bağlı hər hansı qərar yoxdu. Buna görə də hər kəs maskasız gəzir.

Bəs qanun nə deyir? Nazirlər Kabinetinin qərarının Muxtar Respublikaya aidiyyəti yoxdurmu?

Bu barədə “Bakupost”un suallarına cavab verən Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov bildirib ki, Konstitusiyadakı qanunlara görə, Azərbaycanın Qanunvericilik aktları, o cümlədən Nazirlər Kabinetinin qərarları ölkənin bütün ərazisinə, eyni zamanda Naxçıvan Muxtar Respublikasına da şamil olunur:



“Naxçıvan da Azərbaycan ərazisidir. Əgər orada maska taxmamaq məsələsi varsa, bu artıq Azərbaycan qanunlarına saymazyana münasibətdir. Ölkədə qəbul edilən belə bir qərar bütün ərazidə olduğu kimi Naxçıvanda da tətbiq olunmalıdır. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarında Naxçıvan, yaxud da Azərbaycanın hansısa digər regionu istisna olunmur, belə bir qeyd yoxdur. Buna görə də Naxçıvanda maska taxmaqla bağlı tələbə əməl olunmursa, Daxili İşlər Nazirliyinin üzərinə düşən vəzifə icra olunmalıdır. Maska taxmamağa görə Azərbaycanın digər ərazilərində tətbiq olunan cərimələr kimi Naxçıvanda da, kimliyindən asılı olmayaraq bu qaydanın pozulmasına görə sıravi insandan tutmuş ali vəzifəli şəxsə qədər hər kəs inzibatı məsuliyyətə cəlb olunmalıdır”.
Şərhlər
  • Ramin

    Sexsen men de maskanin elehineyem. Cox menasiz qerardir maska qerari.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər