Ru
11:42 / 22 Noyabr 2021

Nazir Eldar Əzizovun qardaşını işdən çıxardı - YENİLƏNİB - FOTO

4099

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad etməsi ilə bağlı məlumat yayılıb.


Məsələ ilə bağlı ƏƏSMN-dən Bakupost.az –a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir:

“A.Əzizov 2 il öncə Nazirliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzinin “Mürəkkəb protezləşmə stasionarının onurğa beyni zədələnmiş əlillərin və xəstələrin korreksiyası və protezləşməsi” şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hal-hazırda Aydın Əzizov Nazirliyin Bakı Reabilitasiya Mərkəzinin “Sosial psixoloji reabilitasiya və abilitasiya” şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir”.


***

11:42


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edibmiş.


Bakupost.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri vəzifəsindən azad olunub. Onun yerinə Səadət Əsgərova təyin edilib.

Qeyd edək ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə KİV-in gündəminə gəlmişdi. Belə ki, Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

Aydın Əzizov qulaq, burun, boğaz həkiidir.

Nazir Eldar Əzizovun qardaşını işdən çıxardı -  YENİLƏNİB - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər