16:11 / 19 Avqust 2021

Nazir fermerlərlə görüşdü - FOTOLAR

1664
Zaqatalanın tütün sahələrində məhsul yığımına başlanıb.

Bakupost.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov Zaqatalada məhsul yığımının gedişini izləyib, tədarük məntəqələrində məhsulun qəbul prosesi ilə tanış olub.


Bildirilib ki, bu il rayonda 588,7 hektar sahədə tütün əkilib. Ötən il rayon üzrə orta məhsuldarlıq 11,7 sentner təşkil edib. Bu il məhsuldarlığın daha çox olacağı gözlənilir.



Görüşdə tütünçülüyün inkişafına dövlət dəstəyi mexanizmləri, fermerlərin davamlı şəkildə təlimlərə cəlb olunması, tütün şitilçiliyinin təşkili, tütünçülükdə dəyər zəncirinin formalaşdırılması, keyfiyyətli məhsul istehsalı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.



Yaxın zamanlarda rayonun fındıq bağlarında kütləvi yığıma start veriləcək. Yazlıq fındıq sortlarının yığımı isə davam edir. Zaqatala fındıq zavodunda keçirilən görüşdə bildirilib ki, rayonda 20183,4 hektar fındıq bağı mövcuddur, bunlardan 13183 hektarı bar verən yaşda olan bağlardır.



Daha sonra nazirliyin nümayəndə heyəti Balakən rayonunda intensiv bağlara, Balakən yem istehsalı fabrikinə, Qullar kəndində yerləşən fındıq tingçiliyi təsərrüfatına və fındıq bağlarına baş çəkib.

Zaqatala və Balakəndə keçirilən görüşlərdə qaldırılan məsələlər və təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər