Ru
16:40 / 26 Noyabr 2020

Qazimizin ailəsini bu şirkət evlə təmin edəcək

1192
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müharibədə yaralanmış Qəbələ rayon sakini Elçin Səmədovun ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə ev verilməsini öhdəsinə götürdüyü barədə xəbər vermişdim. Qeyd edim ki, qəhrəmanımızın ailəsinin evlə təmin olunmasında sosial tərəfdaşımız “Gilan Holdinq” Şirkətidir".

"BakuPost"un məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, ailə yaxın günlərdə evlə təmin olunacaq: "Şirkət tərəfindən Elçin Səmədovun ailəsinə Qəbələ şəhərindəki yeni tikilmiş binadan bütün şəraiti olan üçotaqlı mənzil veriləcək.

Korporativ sosial məsuliyyət prinsipindən çıxış edərək həssas qruplara qayğı göstərilməsində, sosial önəm kəsb edən nəcib təşəbbüslərdə həmişə Nazirliklə fəal tərəfdaşlığına görə “Gilan Holdinq”ə təşəkkür edirik!"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər