Ru
12:35 / 24 Noyabr 2025

Nazirlikdən narazı olanlar toy müğənniləridir - Xalq artistindən qalmaqallı fikirlər - VİDEO

Nazirlikdən narazı olanlar toy müğənniləridir - Xalq artistindən qalmaqallı fikirlər - VİDEO
Eye

Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyli bir qrup sənət adamının Mədəniyyət Nazirliyindən narazılığına münasibət bildirib.

O, bu barədə Bakupost TV-yə müsahibəsində danışıb.

Dövlət tədbirlərinə hər dəfə eyni adamların dəvət oldunduğu, bir qism sənət adamının isə bu tədbirlərdən kənarda saxlandığı barədə iddialara toxunan Ə.Mahmudbəylinin sözlərinə görə, dövlət tədbirində iştirak üçün ortaya sənət qoymaq lazımdır:

"Narazılıq edənlər şou adamları, toy müğənniləridir. Dövlət tədbirlərində iştirak üçün ortaya sənət qoymaq lazımdır. Bu tədbirlərdə Alim Qasımov, Mənsum İbrahimov, Gülyaz və Gülyanaq Məmmədovlar və sənətdə özünü təsdiq edən başqa müğənnilər çıxış edirlər. Tədbirlərdən kənarda qalanlar isə fonoqramla oxuyan, səsi olmayan adamlardır. Deyirlər, biz neçə ilin sənətçisiyik. Televiziyaya çıxırıq. Sən televiziyaya necə çıxırsan, bunu hamı bilir".

Ə.Mahmudbəyli müsahibədə Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri ilə bağlı müsabiqə ətrafında narazılıqlar, “Qızıl Pəri” Peşə Mükafatı və bir qrup kino xadiminin ölkə rəhbərliyinə müraciəti haqqında da danışıb.

Ətraflı videoda...



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar