Ru
10:20 / 08 İyul 2020

Neftimiz 44 dolları ötdü - BİRJA

5588
Dünya birjalarında neftin qiyməti ucuzlaşmağa başlayıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 % dəyər itirib. Bu markadan olan neft indi 42,93 dollara təklif edilir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 40,30 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə ötən gün bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar artaraq 44,36 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər