Xalq şairi Nəriman Həsənzadənin müalicəsi Mərkəzi Klinik Xəstəxanasında davam edir.
Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.
“Nəriman Həsənzadənin səhhəti normaldır. Onun müalicəsi palatada davam edir", - deyə A.Mehmandost əlavə edib.
Qeyd edək ki, Nəriman Həsənzadənin 94 yaşı var. O, böyrək çatışmazlığından əziyyət çəkir.