Ru
16:52 / 21 Yanvar 2026

Nərimanov sakinləri narazıdır – “Yolu qazıb saxlayıblar” - VİDEO + AÇIQLAMA

Nərimanov sakinləri narazıdır – “Yolu qazıb saxlayıblar” - VİDEO + AÇIQLAMA
Eye

Ulduz metrostansiyasının ətraf ərazilərində və yollarda aparılan təmir işlərinin uzanması sakinlərin narazılığına səbəb olub.

Bakupost.az -a müraciət edən vətəndaşlar bildirirlər ki, ərazidə təxminən 1 ildir təmir aparıldığı deyilsə də, işlər demək olar ki, dayanıb.

Onların sözlərinə görə, yol uzun müddətdir qazılmış vəziyyətdə qalıb və bu da gündəlik hərəkəti xeyli çətinləşdirir.

“Bir ildir təmir gedir, amma ortada iş yoxdur. Yolu qazıb saxlayıblar. Nə maşınla keçmək olur, nə piyada...”, - şikayətçilərdən biri bildirib.

Məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə işlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun aparılır. Onun sözlərinə görə, hazırda Müzəffər Nərimanov küçəsindən Akademik Həsən Əliyev küçəsinədək uzanan yeni yolun tikintisi həyata keçirilir:

“Yolun uzunluğu 3,9 kilometrdir. Layihəyə əsasən, yol 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Magistral Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel şəkildə inşa edilir. Tikintinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır”.


Lalə,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar