Ru
08:23 / 04 Sentyabr 2025

Netanyahu Makronu İsrailə buraxmadı

Netanyahu Makronu İsrailə buraxmadı
Eye

İsrailin Baş naziri Benyamin Netanyahu Parisin Fələstin dövlətini tanıması ərəfəsində Fransa Prezidenti Emmanuel Makronun İsrailə səfər etmək istəyini rədd edib.


Bakupost.az xəbər verir ki, bu barədə İsrailin milli telekanalı “Kan” məlumat yayıb.

Məlumata görə, Makron İsrailə qısamüddətli səfər etmək istəyib. Lakin Netanyahu səfəri Fransanın Fələstin dövlətini tanımaqdan imtina etməsi ilə şərtləndirib. Makron isə onun bu tələbi ilə razılaşmayıb.

Qeyd edək ki, daha öncə Fransa rəhbəri sentyabrda BMT Baş Assambleyasının sessiyasında ölkəsinin Fələstini rəsmən tanıyacağını bəyan etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar