Ru
08:20 / 06 Sentyabr 2019

Niki Minaj karyerasını bitirdi - Ərə gedir

1626

Amerikalı populyar müğənni və rep ifaçısı Niki Minaj musiqi karyerasının bitdiyini elan edib.

BakuPost xəbər verir ki, sənətçi belə bir açıqlamanı cümə axşamı öz “Twitter” səhifəsində paylaşıb.

Əsl adı Onika Tanya Maraj olan 36 yaşlı müğənni ailə həyatına görə karyerasını tərk etdiyini bildirib.

“Mən ayrılmaq və özümü ailəmə həsr etmək qərarına gəldim. Bilirəm ki, uşaqlar, siz məmnun olacaqsınız”, - deyə müğənni yazıb.

“TMZ” internet portalı qeyd edir ki, müğənninin birmənalı qarşılanmayan ifadələri onu sevməyənlərə ünvanlanıb:

“Pərəstişkarlarıma səslənirəm – dəstəkləyin məni, bunu ölənə qədər edin. Sizi bütün ömrüm boyu sevəcəm”.

Qeyd edək ki, avqust ayında Minaj sevgilisi Kennet Petti ilə 80 gündən sonra ailə quracağını elan etmişdi.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər