Ru
10:30 / 27 Yanvar 2026

“Nikosayağı”dan illər sonra ilk paylaşım - VİDEO

“Nikosayağı”dan illər sonra ilk paylaşım - VİDEO
Eye

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli uzun müddətdən sonra ilk dəfə şəxsi görüntüsünü paylaşıb.


Bakupost.az xəbər verir ki, o, başına gələn ağır yol-nəqliyyat hadisəsindən sonra sosial media hesablarındakı bütün paylaşımları silmişdi.

Xatırladaq ki, 2023-cü ilin avqust ayında Nicat Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Hadisə zamanı avtomobildə olan dostu Ruslan Məmmədov həyatını itirib. Nicat Şakirli isə ağır xəsarətlər alıb və sağ qolu dirsəkdən amputasiya olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bloger 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunmasını məqsədəuyğun hesab edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar