Ru
10:56 / 27 Yanvar 2026

Küçəyə zibil atdı - Həbs olundu

Küçəyə zibil atdı - Həbs olundu
Eye

Bakıda ictimai qaydaları pozan sürücü həbs edilib.


Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 53 ünvanının qarşısında baş verib.

Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları ərazidə xidmət apararkən “Qazel” markalı avtomobilin sürücüsünün küçəyə zibil atdığını görüblər. Polis əməkdaşı ona yaxınlaşmaqla etdiyi qanun pozuntusunu izah edib. Bu zaman sürücü 1992-ci il təvəllüdlü K.Həsənli (şərti) polis əməkdaşı ilə razılaşmayaraq mübahisə yaradıb, ictimai asayişi pozub.

Saxlanılaraq polis şöbəsinə aparılan sürücü barəsində inzibati protokol tərtib edilib.

Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə 34 yaşlı şəxsə 8 gün inzibati həbs verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar