Ru
15:22 / 02 Mart 2026

Nüvə elektrik stansiyalarına edilən hücumlar - Bu ölkələr təhlükə altındadır

Nüvə elektrik stansiyalarına edilən hücumlar - Bu ölkələr təhlükə altındadır
Eye

Nüvə elektrik stansiyalarına edilən hücumlar radioaktiv maddələrin yayılmasına səbəb ola bilər.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.

O bildirib ki, Yaxın Şərqdəki vəziyyət ciddi narahatlıq doğurur:

“İran və regionda hərbi hücumlara məruz qalan bir çox digər ölkələrdə nüvə elektrik stansiyaları və nüvə tədqiqat reaktorları, eləcə də əlaqəli nüvə yanacağı saxlama müəssisələri fəaliyyət göstərir. Bu da nüvə təhlükəsizliyinə təhdidi artırır”.

Qrossi qeyd edib ki, BƏƏ, İordaniya, Bəhreyn, İraq, Küveyt, Oman, Qətər və Səudiyyə Ərəbistanı müxtəlif dərəcələrdə nüvə texnologiyasına malikdir:

“Atom Elektrik Stansiyasına hücum halında Yaxın Şərq şəhərlərinin təxliyəsi zəruri olacaq”.

Xatırladaq ki, martın 2-də İranın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Rza Nəcəfi Nətənzdəki nüvə obyektinə hücum edildiyini açıqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar