Ru
12:23 / 22 Yanvar 2020

Oğurlanıb dediyi telefonunu polis öz evindən tapdı

1419
Bakıda kafedə spirtli içki içərək sərxoş olan şəxs telefonunun oğurlandığı barədə polisə məlumat verib.

Hadisə yanvarın 14-də gencə saatlarında, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb.


Belə ki, kafedə yeyib-içən V.Abbasovun mobil telefonunun masanın üzərindən oğurlandığı barədə “102 Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Daxil olan müraciət üzrə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, V.Abbasovun mobil telefonu həmin kafedə oğurlanmayıb. Müfafiq tədbirlərlə müəyyən olunub ki, V.Abbasov telefonunu yaşadığı evdə unudub.
(report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər