Ru
22:06 / 03 Noyabr 2025

Oktay Kaynarca Çinarə Məlikzadəyə evlilik təklif edib...

Oktay Kaynarca Çinarə Məlikzadəyə evlilik təklif edib...
Eye

Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca müğənni Çinarə Məlikzadəyə elçi düşüb.

Bakupost.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə Çinarə “Pərvizə görə”də danışıb.

Müğənni bildirib ki, Kaynarca özü birbaşa evlilik təklif etməsə də, söz göndərib:

“İkimizin də mətbuat katibi var idi - Aygün xanım. Oktay Kaynarca ilə çox yaxındır, hətta toyunda sağdışı olub. Mənə həmişə eşitdirirdi. Mənim də Oktayın birbaşa deməməyi, kənarda qalmağı xoşuma gəlmişdi. Məsələn, digərləri birbaşa özümə demişdi. Amma bu dəfə Aygün xanım eşitdirirdi, deyirdi ki, o, heç kimi paylaşmır, gənc xanımla ailə qurmaq istəyir, övlad istəyir. Hər dəfə deyirdim ki, ona o gözlə baxmıram, qardaşım, atam yerindədir. Aktyor kimi bəyənirəm, amma o gözlə baxmıram. Bir dəfə hoteldə tədbir idi, gördüm ki, Oktay Kaynarca da ordadır. Baxıram, deyirəm, odur yoxsa gözümə görünür. İfa edirəm, bilmirəm yaxınlaşım, ya yox, ayıb olar, yoxsa yox. Sonra dedim, yaxşı çıxmaz kişilərin yanına getmək... Tədbirdən çıxmışam, yazıb ki, niyə mənimlə salamlaşmadın? Sonra getdim, dedim, üzrlü sayın, əlimlə uzaqdan salam verdim. Yanıma gəldi, görüşdük”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar