Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatının sədri Mehmet Direk sui-qəsdə məruz qalıb.
"Bakupost" xəbər verir ki, sədr, onun oğlu və qardaşı oğlu silahlı hücum nəticəsində öldürülüb.
Məlumata görə, sui-qəsd vilayətin Güneykent rayonunda qəbiristanlıqda baş verib.
Hadisə yerinə polis qüvvələri cəlb olunub. Cinayəti törədənlərin saxlanılması üçün istintaq aparılır.